Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Erzincan Binali Yıldırım Universitetinin tələbəsi ilə müsahibə

Marmara Group > Blog > Erzincan Binali Yıldırım Universitetinin tələbəsi ilə müsahibə

Salam ! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. İlk sualımız ! Yasin Kimdir ?

Salam,xoş gördük. Mən Yasin Səmədov, 2003 cü ildə Salyan rayonu Yolüstü kəndində anadan olmuşam. Orta məktəbi Azərbaycanda bitirmişəm. 2021-ci ildə Türkiyədə təhsil almağa başlamışam. Hal-hazırda Erzincan Binali Yıldırım Üniversitesi Ali Cavit Çelebioğlu Yüksekokulunda Havacılık Yönetimi 3 cü kurs tələbəsiyəm. Bu prosesdə mənə Marmara Group şirkəti yaxından dəstək oldu. Marmara Group əməkdaşları düzgün universitet seçimində, yataqxana tapmaqdan tutmuş orda qarşılanmağıma qədər bütün xidmətləri lazımınca gördülər.

Yasin bəy, necə oldu ki, Türkiyədə təhsil almaq qərarına gəldiniz?

Mən bu qərarımı qardaşımdan ilhamlanaraq reallaşdırdım, onun sayəsində gələcəkdəki öz peşəm  üzrə təhsilə nail oldum. Qardaşım Türkiyənin Kastamonu şəhərində Pilotaj üzrə təhsil alıb. Ona görə də mən də onun yolu ilə davam etmək qərarı aldım. Bu qərarı aldığıma görə çox xoşbəxtəm. Və həvəslə öz peşəm üzrə oxuyuram.

Hal-hazırda təhsil aldığınız şəhər və Universitet haqqında nə deyə bilərsiniz?

Hal-hazırda təhsil aldığım şəhər Erzincan şəhəridir. Şəhərimizin mərkəzi balaca olmasına baxmayaraq ilçelerinin çoxluğuyla məşhur bir bölgədir. Universitetimiz haqqında isə belə bir məlumat verə bilərəm ki, Türkiyədəki sayılıb seçilən universitetlərdən biridir. Bunun da səbəblərindən biri ilk olaraq universitetin şəhər mərkəzindən uzaqda olmasıdır.

Universitetimiz memarlığı ilə seçilir, geniş sahəyə malikdir. Məsələn kampusda geniş futbol, tennis, basketbol meydançaları var. Bundan başqa universitetimizin geniş sosial tesisi vardır. Bu sosyal tesisin daxilində kafeler, oyun salonları ve tələbə yeməkxanası var. Universitetimizdə 25 mindən çox tələbə təhsil almaqdadır. Burada dünyanın fərqli ölkələrindən tələbələr təhsil almağa gəlir.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Ortalama bir ay ərzində yataqxana xərci ilə avtobus gediş-gəliş xərci və əlavə xərclərlə birlikdə aylıq 250-300 manat arası xərc çıxır. Yataqxanalar çoxdur. Qız və oğlan üçün yetərli sayda yataqxana var. Yataqxanaların şəraiti çox gözəldir, lazım olan hər şeylə təmin olunub.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

İlk aylarda şəhərə adaptasiya olmaq, ailə üçün darıxmaq, şəhərin yeməklərinə və yaşamına alışmaq çətindir. Lakin geniş və mehriban dostluqlar bir müddət sonra bu sadalananları unutdurur. Buna görə də zamanla hər şey öz yoluna düşür.

Bəzi tələbələrə xaricə getmək imkansız gəlir. Həmyaşıdlarınıza nə demək istərdiniz?

İmkansız deyilən bir şey yoxdur, əgər istək varsa, nəticə də mütləq olacaqdır. İstəklərinizi ve məqsədlərinizi reallaşdırmaqdan çəkinməyin.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

Özümüzü inkişaf etdirməyin bir çox növləri vardır . Oxuduğunuz sahəyə uyğun özünüzü inkişaf etdirə bilərsiniz. Mən dərslərimdən əlavə olaraq kompüter kurslarına, ingilis dili kursuna gedirəm, bunlardan əlavə idmanla da məşğul oluram.

Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Məzun olduqdan sonra planlarınız nələrdir?

Universiteti bitirdikdən sonra təbii ki öz peşəm üzrə Hava Limanında çalışmaq ən böyük istəklərimdən biridir və bunun üçün əlimdən gələni edəcəyəm.

1 Response

Rəy Bildirin