Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

İstanbul Rumeli Üniversitesinin tələbəsi ilə müsahibə

Marmara Group > Blog > İstanbul Rumeli Üniversitesinin tələbəsi ilə müsahibə

Salam! Xoş gəlmişsiniz bizim 8 sual – 8 cavab proqramına. Özünü bizə təqdim edə bilərsən mi? Teymur kimdir?

Salam, mən İsayev Teymur 17 yaşındayam, İstanbul Rumeli Üniversitesində təhsil alıram.

Teymur, necə oldu ki, Türkiyədə təhsil almağa qərar verdiniz?

Xaricdə təhsil almağı uşaqlıqdan düşünürdüm ve Marmara Groupun təklif etdiyi imkanlarla bunun çox sadə olduğunu gördüm ve tam əmin oldum. Marmara Group əməkdaşları mənə düzgün universitet seçimində, sonrakı mərhələdə yataqxana tapmaqda mənə yaxından dəstək oldular. Bunun üçün ayrıca minnətdarlığımı bildirirəm.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet, xüsusilə də ixtisasınız, kompüter mühəndisliyi  haqqında nə deyə bilərsiniz?

Hal-hazırda İstanbul şəhərində yerləşən İstanbul Rumeli Üniversitesində bilgisayar mühəndisliyi üzrə təhsil alıram ve çox məmnunam. İxtisasım haqda bütün hər şey mənə tam geniş şəkildə öyrədilir.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Mən özüm universitetə 10 dəqiqə məsafədə olan İDA özel erkek öğrenci yurdunda qalıram, şəraiti, nizam-intizamı və yemək imkanları çox yüksək səviyyədədir.

Türkiyə mühitinin və oradakı təhsil sisteminin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz?

Müsbət cəhətləri çoxdur, yəni tamamilə həyatınızın inkişafı baxımından müsbət yönləri çoxdur. Mənfi cəhət olaraq ailədən uzaq qalmaq deyə bilərəm.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

Heç bir şeyin asan olmadığı kimi tələbə həyatı da asan keçmir. İmtahan stressləri, dərslər və s.

Müxtəlif ölkələrdən olan dostluqlar, fərqli ölkənin adət-ənənələri kimi məsələlər uyğunlaşmağa çətinlik yaratdımı?

Mən indi qardaş ölkə Türkiyədə olduğum üçün çox da böyük bir fərqlilik hiss etmirəm, təbii ki bəzi fərqliliklər var, bunlara da zamanla alışırıq.

Türkiyədə təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

İlk olaraq özlərindən tam əmin olmalıdırlar və ən önəmlisi hər şeyi planlaşdırmalırdılar, buna hər şey daxildir – ixtisas seçimi, sevdiyi bir ixtisas olmağı çox önəmlidir, çünki bu tələbənin motivasiyasını daha da artırır.

Rəy Bildirin