Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79
Marmara Group > Blog > İzmirdə təhsil alan Orxan Salmanov

Salam! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. Özünü bizə təqdim edə bilərsən mi? Oxan kimdir?

Salam, mən Orxan Salmanov 17 yaşım var və Türkiyənin Izmir şəhərində yerləşən Demokratiya Universitetində təhsil alıram.

Orxan, necə oldu ki, Türkiyədə təhsil almağa qərar verdiniz?

Mən özüm bu qərarı aldım və Türkiyədə təhsil səviyyəsi yüksək olduğu üçün burda təhsil almağı seçdim.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet, xüsusilə də ixtisasınız, Kömputer mühəndisliyi  haqqında nə deyə bilərsiniz?

Hal-hazırda mən Türkiyənin İzmir şəhərində iqtisadiyyat fakültəsində təhsil alıram, hər kəsə bu ixtisas üzrə oxumağı tövsiyə edirəm.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Bir ayda 300-350 AZN xərcim çıxır, yataqxananın yeməkləri yüksək səviyyədədir.

Türkiyə mühitinin və oradakı təhsil sisteminin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz?

Müsbət cəhətləri odur ki, dərslər yüksək səviyyədə tədris olunur, mənfi cəhətləri isə dərs sistemləri bizim ölkədən fərqlidir. Tələbələr ilk vaxtlarda sistemə alışana qədər çətinlik çəkə bilər.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

Hər bir işi özün etməlisən və bu bəzən çətinliklər yaradır.

Müxtəlif ölkələrdən olan dostluqlar, fərqli ölkənin adət-ənənələri kimi məsələlər uyğunlaşmağa çətinlik yaratdımı?

Türkiyənin adət-ənənələri bizim adət-ənənələrdən bir az fərqlənir, amma bu adaptasiya uzun müddət çəkmir.

Türkiyədə təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

Türkiyədə təhsil alan tələbə kimi bütün həmvətənlərimə Türkiyədə təhsil almağı tövsiyə edirəm.

Rəy Bildirin