Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Litvada Viza Prosesləri

Litva üçün təhsil vizasının alınması üçün sənədlər və prosedur haqqındakı məqalədə detallara keçməmişdən öncə, bir neçə maraqlı fakt qeyd etmək istərdik.

Litva Baltikyanı ölkələr sırasında ərazisinə və əhali sayına görə ən kiçik ölkədir. Mən oxumuş olduğum Kaunas şəhəri Litvanın ikinci ən böyük şəhəri hesab olunur. Şəhər eyni zamanda “tələbə şəhəri” də adlandırılır. Paytaxt Vilnüsdə yerli əhali daha çox rus dilini bilsə də, Kaunasda ingilis dili daha geniş yayılıb. Ümumi götürdükdə, litvalı gənclər ingilis dili, yaşlılar isə rus dilini bilirlər.

Litvaya təhsil vizasını almaq bir o qədər də çətin deyil. Demək olar ki, Şengen zonasında Litva öz vizasını ən rahat verən ölkələrdəndir.

Viza alınması üçün ilk öncə universitetdən qəbul haqqında sənəd lazımdır. “Acceptance letter” (Qəbul məktubu) sənədi tələbənin universitetə qəbul olmağı haqqında sübutdur. Bu sənəd aşağıda qeyd olunan sənədlərlə birlikdə Litvanın Azərbaycandakı səfirliyinə şəxsən təqdim olunmalıdır:

  1. Xarici pasport

  • Xarici pasportun bitmə tarixi mütləq vizanın sonuncu günündən 3 ay sonraya  hesablanmalıdır. Məsələn, əgər tələbənin 1 illik milli vizası 15 oktyabr 2022-ci ildə bitəcəksə, pasportun etibarlılıq müddəti ən azı 3 aydan sonra bitməlidir. Xarici pasportun əsas səhifəsi (şəkil olan), əgər varsa, viza və ölkəyə giriş-çıxış möhürləri olan səhifələrin surətləri çıxarılmalıdır.
  1. Milli viza üçün ərizə

  • Elektron formada müraciət ərizəsi bu link üzərindən doldurub və daha sonra çap olunmalıdır. Daha sonra isə ərizə sonda imzalanmalı və yer (məs.: Baku, Azerbaijan) yazılmalıdır.
  1. Viza vasitəçiliyi məktubu

  • Visa mediation letter universitet tərəfindən hazırlanır. Universitetlərdən asılı olaraq, bu sənəd bəzi hallarda tələbənin özünə, bir sıra hallarda isə səfirliyə birbaşa təqdim olunur.
  1. Ərizə üçün rəngli fotoşəkil

  • Şəklin ölçüləri 3.5×4.5 sm, ağ fonda olmalıdır və ən köhnə halda 6 ay ərzində çəkilməlidir. Yeni qaydalara əsasən 2 şəkil tələb olunur.
  1. Tibbi sığorta

  • Buna bəzən səyahət sığortası da deyilir. Sığorta vizanın başladığı gündən axırıncı günə kimi bütün tarixləri əhatə etməlidir və sığorta məbləği 30.000 avro hesablanmalıdır.
  1. Maddi durum barədə sənəd

  • Əgər tələbə təqaüd proqramı ilə oxuyursa, o halda həmin sənəd səfirliyə təqdim olunmalıdır. Əgər tələbə şəxsi hesabına təhsil alacaqsa, bu halda həmin şəxs istənilən yerli bankda cari hesab açdırmalı və 3,500 avro (yaxud bu dəyərdə digər valyuta ilə) məbləği öz hesabında göstərməlidir. Viza alındıqdan sonra, bu pul hesabdan geri götürülə bilər. Əlavə olaraq, tələbənin bank kartından son 3-6 ayın çıxarışı da səfirliyə təqdim olunmalıdır.
  1. Qalacağınız yer barədə sənəd

  • Bəzi hallarda, bu sənəd universitetin yataqxanasından da alına bilər. Məsələn, mən qəbul sənədi alarkən eyni zamanda tələbə yataqxanasında qalacağım barədə sənədi də almışdım. Yataqxanada qalmaq istəməyən tələbələr isə, otel bron (minimum 10 gün) edə bilər. Çünki, Litvada olmadan orada hər hansı bir ev sahibi ilə  müqavilə imzalamaq demək olar ki, mümkünsüzdür və ya risklidir.
  1. Uçuş biletinin bronu

  • Səfirliyə uçuşu planlaşdırdığınız tarixin bilet bronu (yalnız gediş) təqdim edilməlidir.
  1. Şəxsiyyət vəsiqəsi

  • Şəxsiyyət vəsiqəsinin surəti səfirliyə təqdim olunmalıdır.
  1. 18 yaşı tamam olmamış tələbələr üçün:

  • Hər iki valideynin razılıq və maddi öhdəlikləri barədə etibarnaməsi (notarial tərcümə və təsdiq);
  • Doğum haqqında şəhadətnamənin əsli.
  • Sənədlərin verilməsi üçün qeydiyyat

Litva səfirliyinin yeni qaydalarına əsasən VFS Global şirkətinin rəsmi saytında görüş üçün müəyyən vaxt seçilməlidir. Tələbə, bu linkdən özünə uyğun olan vaxtı seçib qeydiyyatdan keçə bilər. Linkdə rezerv mümkün olmadığı halda konsulinis.az@urm.lt poçt adresinə təhsil məlumatları, vətəndaşlıq və pasport nömrəsini yazaraq, görüş üçün vaxt istənilə bilər.

Səfirlik  tələbəyə viza veriləcəyinə 100% zəmanət vermir, yəni viza verilməyə də bilər. Səfirlik tələbənin sənədlərinə baxış üçün 10 iş gününə qədər vaxt istəyir. Şəxsən mənim ilk milli vizam 8 günə verilmişdi. İstisna hallarda tez də verilə bilər.

Əlavə məlumat üçün:

Litvanın səfirliyinin rəsmi internet saytı: https://az.mfa.lt/az/en/

Litvada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

    UNİVERSİTET SEÇİMİ

      ÖLKƏ SEÇİMİ

      UNİVERSİTETƏ MÜRACİƏT

        TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

        XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

        XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

        Arzuladığın Universiteti, Proqramı Tap

        Litvada Təhsillə Əlaqəli Xəbərlər