Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Pamukkale Universitetində təhsil alan həmyerlimiz

Marmara Group > Blog > Pamukkale Universitetində təhsil alan həmyerlimiz

Salam! Xoş gəlmisiniz? Bizim 8 sual – 8 savab proqramına. İlk sualimiz – Fəqanə kimdir?

Salam, xoş gördük. Mən Əhmədova Fəqanə İsmixan qızı 1989-cu ildə Ucar Rayon Şahlıq kəndində anadan olmuşam. 2022-ci ildə Türkiyədə təhsil almağa başlamışam. Hal-hazırda Dənizli şəhərində Pamukkale Universitetində Səhiyyə Elmləri fakültəsi Tibb bacısı ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Bu prosesdə mənə “Marmara Group” şirkəti yaxından dəstək oldu. Düzgün universitet seçimində, TÖMER imtahanı üçün qeydiyyatdan keçməyimdə mənə köməklik göstərdilər. Bütün xidmətlərdə lazımınca yardım gördüm.

Fəqanə xanım necə oldu ki, Türkiyədə təhsil almağa qərar verdiniz?

Mən bu qərarımə ailəmin məsləhəti ilə aldım. Tibb bacısı peşəsini oxumaq, ümumiyyətlə tibb sahəsində xidmət göstərmək ən böyük arzularımdan biri idi. Və bu arzuma çatmaqda ailəm də dəstək oldu. Türkiyədə bu sahədə təhsil aldığım üçün çox xoşbəxtəm.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet haqqında nə deyə bilərsiniz?

Hal-hazırda təhsil aldığım şəhər Dənizli şəhəridir. Şəhər özü çox gözəl coğrafi mövqeyə malikdir. İlçelərinin çoxluğu daha da böyük coğrafi mövqeyə sahib olduğunu göstərir. İnsanları çox mehribandır. Oxuduğum universitet haqqında deyə bilərəm ki, sayılıb seçilən universitetlərdən biridir. Burada 97 xarici tələbə təhsil alır. Dağın döşündə, şəhərin mərkəzindən uzaq yerdə yerləşir.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana hansı səviyyədədir?

Ortalama yataqxana və avtobus xərci 300 manat olur. Ən böyük, eyni zamanda geniş və say etibarilə çox olan yataqxanalar Dənizli şəhərində mövcuddur. Hər şey əla şəraitdə təşkil olunub. Tələbələr üçün hər şərait var. Kampusda kitabxana, laboratoriya və ətrafda marketlər mövcuddur.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

İlk 2 həftə bir az çətinlik hiss etdim, dərs sistemində fərqliliklər vardı, online və əyani idi. Müəyyən qədər yadlıq hissi yaşayır, Vətən üçün darıxırdım. Yeməklərinə alışa bilmirdim. Amma tez bir vaxtda hər şeyə alışdım. Hər şey zamanla yerinə oturur. Yeni tanışlıqlar, yeni dostluqlar qurulur.

Bəzi tələbələrə xaricə getmək imkansız gəlir. Həmyaşıdlarınıza nə demək istərdiniz?

Heç vaxt imkansız deməyin. İstəyirsinizsə, özünüzə güvənirsinizsə, mütləq gedib oxuyun. Xaricdə oxumağın verdiyi özgüvən bir başqa gözəl hissdir.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğulsunuz?

Özümüzü inkişaf etdirməyin bir çox yolu vardır. Mən öz peşəmə görə əlavə olaraq, kurslara gedirəm. Bu kursları universitet öz tələbələrinə ödənişsiz verir. İşarə dili, ilk yardım kimi müxtəlif kurslar götürürəm.

Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Məzun olduqdan sonra planlarınız nədir?

Məzun olduqdan sonra burda bir az qalıb işləmək, daha sonra yüksek lisans -uzmanlık almaq istəyirəm. Bu sahədə maksimum dərəcədə özümü inkişaf etdirmək istəyirəm. Vətənimə Uzman tibb bacısı olaraq qayıdacam. Bunun üçün daha çox çalışmalıyam ve çalışıram.

Rəy Bildirin