Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Polşada təhsil alan tələbəmizlə müsahibə

Marmara Group > Blog > Polşada təhsil alan tələbəmizlə müsahibə

Salam! Xoş gəlmişsiniz bizim 8 sual – 8 cavab proqramına. Özünü bizə təqdim edə bilərsiniz mi? Tapdıq kimdir?

Adım Tapdıq, soyadım Qədirov. 2002-ci il də Şabran rayonu Günəşli kəndində doğulmuşam. 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti İqtisad Fakültəsinin Marketinq ixtisasına daxil olmuşam. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra Polşada WSB Acedemiyasında magistr üzrə Beynəlxalq Biznes ixtisasına qəbul olmuşam və hal-hazırda təhsilimi davam etdirirəm.

Tapdıq bəy, necə oldu ki, Şengen zonası olan Polşada təhsil almaq qərarına gəldiniz?

Universitetin 2-ci kursundan bəri təhsilimi davam etdirmək və yeni ölkələrə səyahət etmək ən böyük arzum idi.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet haqqında nə deyə bilərsiniz?

Hal-hazırda WSB Acedemy-də Krakow kampusunda təhsil alıram. Krakow çox gözəl şəhərdir, Gotik tikililər və müxtəlif ölkələrdən insanlar var. Fərqli mədəniyyətlər öyrənirsən.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraitləri hansı səviyyədədir?

Mən hal-hazırda kirayə evdə qalıram. Biz 3 nəfər qalırıq. 1ayda bütün yaşam xərclərinə təxmini 1400-1500AZN (700-800AVRO civarı) pul çıxır.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

Yeni gəldiyim vaxtlarda adaptasiya problemi yaşayırdım, ilk vaxtlar darıxırdım, çətinliklərim çox olurdu. Amma sonra öyrəşirsən və rahat olur. Şəhəri tanıyırsan, Polşa qanunlarını öyrənirsən.

Avropadakı vəziyyətə bələdsiniz. Sizcə, xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

Məncə, araşdırıb doğru universitet və doğru şəhər seçməlidirlər. Hər hansı bir risk yoxdur, sadəcə başda şəhərdə olan məkanları tanımırsan, sonra öyrənirsən.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

Mən bacardıqca Avropa ölkələrini gəzirəm. Çox fərqli mədəniyyətlərlə tanış oluram. Yeni məlumatlar öyrənirəm.

Polşada təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

İngilis dili mütləqdir. Dili mükəmməl şəkildə öyrənin .Gəlməzdən qabaq getdiyiniz şəhəri mütləq araşdırın.

Rəy Bildirin