Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Tələbəmiz Vüsal Fərzəliyevin Türkiyə barədə təəssüratları

Marmara Group > Blog > Tələbəmiz Vüsal Fərzəliyevin Türkiyə barədə təəssüratları

Salam! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. Özünü bizə təqdim edə bilərsən mi? Vüsal  kimdir?

Salam! Xoş gördük. Mən Vüsal Fərzəliyev, 2006-cı il 23 fevralda Azərbaycanın Quba şəhərində doğulmuşam. Hal-hazırda Fenerbahçe Universitetində Memarlıq Fakültəsində Tam Təqaüdlə təhsil alıram.

Vüsal bəy, necə oldu ki, Türkiyədə  təhsil almaq qərarına gəldiniz?

Türkiyədə təhsil almağım gələcək arzularıma çatmaq üçün daha əlverişli olacağını düşündüm.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet haqqında nə deyə bilərsiniz?

Fenerbahçe Universiteti arzularıma çatmaqda ən yaxşı seçim oldu.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

1 ay ərzində geyim xərclərini çıxsaq, 700 manat xərcim çıxır. Yataqxana və yemək xərcləri gözləntimin xeyli altında çıxdı.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

Digər şəhərlərə görə İstanbulun böyük və əhalinin çox olması tıxac kimi problemlərə səbəb olur. Tələbə və siravi vətəndaşlar üçün bu ən böyük problemdir.

Türkiyədəki vəziyyətə bələdsiniz. Sizcə, xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

Türkiyədə təhsil alan ilk olaraq büdcəsinə, daha sonra psixologiyasına fikir verməlidir.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

İxtisasıma görə dərsdənkənar fəaliyyətlərə çox vaxtım olmasa da boş vaxtlarımda idmanla məşğul oluram.

Türkiyədə təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

Tövsiyəm odur ki, bura gəlməzdən qabaq özlərini həm maddi, həm də mənəvi olaraq hazırlasınlar.

Rəy Bildirin