Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Tokat şəhərində təhsil alan tələbəmiz

Marmara Group > Blog > Tokat şəhərində təhsil alan tələbəmiz

Salam! xoş gəlmişsiniz  bizim 8 sual ve 8 cavab proqramımıza. Özünü bizə təqdim edə bilərsən? Əli kimdir?

Adım Əli, soyadım Əhmədovdur. 2006-cı ildə iyun ayının 23-də anadan olmuşam.

Əli necə oldu ki Türkiyənin Tokat şəhərində təhsil almağa qərar verdi?

Ailəm həmişə mənim xaricdə təhsil almağımı istəyirdi və onların da məsləhəti ilə Tokat şəhərinə gəldim. Universitetə müraciət üçün Marmara Group şirkətinə müraciət etdim. Xaricdə təhsil üzrə mütəxəssislər bütün prosesdə mənə yardımçı oldular. Bunun üçün onlara minnətdarlığımı bildirirəm.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet xüsusilə də ixtisasınız, Dövlət İdarəetməsi (Kamu Yönetimi) haqqında nə deyə bilərsiniz?

Tokat şəhərini ilk vaxtlar sevməsəm də sonradan bu şəhər mənə dogma gəldi. Bu da onunla bağlı idi ki, fərqli ölkə və təhsil sisteminin içində idim. Oxuduğum universitet böyük və müasirdir. Seçdiyim ixtisas Kamu Yönetimidir (Dövlət idarəetməsi), oxumaq çətin olsa da maraqlı ixtisasdır.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

1 ayda ümumi 500-600 azn xərcimiz çıxır, qaldığımız yataqxana universitetdən çox da uzaq məsafədə yerləşmir. Ən əsası, qida və yola çox pulumuz çıxır.

Tokatda tələbə həyatı və təhsil sisteminin müsbət və mənfi cəhətlərini deyə bilərsiniz?

Tokat şəhərinin mənfi cəhətlərini görməmişəm, insanaları çox Mehriban, təbiəti isə füsunkardır. Burdakı təhsil sistemi güclüdür. Azərbaycan təhsil sistemindən fərqlənir və özünəməxsus çətinlikləri var.

Tokatın müsbət cəhətləri barədə danışmağınızı istərdim.

Tokat şəhərində azərbaycanlı tələbələri çox gözəl qarşılayırlar və sevirlər. Tokat şəhəri sakit şəhərə oxşasa da heç də elə deyil, bir çox görməli yerləri var.

Müxtəlif ölkələrdən olan dostluqlar, fərqli ölkənin adət-ənənələri kimi məsələlər uyğunlaşmağa çətinlik yaratdı mı?

Bura alışmaq çox da çətin olmadı, sadəcə iki məsələdə çətinlik oldu. Hava şəraiti və fərqli mətbəxinə alışmaq mənim üçün ilk vaxtlar çətin oldu.

Türkiyədə təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələriniz ola bilər?

Xarici ölkələrə gəldiyiniz zaman çalışın düzgün yataqxana seçimi edəsiniz, ən vacibi budur. Yerli dili öyrənin, bu həm də sizə iş tapmaqda kömək edəcək. Bütün çətinlikləri ilə bərabər, xaricdə təhsil almaq böyük təcrübədir, şəxsi inkişafınızda böyük rol oynayır.

Rəy Bildirin