Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79
Marmara Group > Blog > Türkiyədə tibb təhsili üzrə ən yaxşı universitetlər

Bildiyiniz kimi, tibb təhsili digər ixtisaslardan fərqli olaraq qəbulu daha çətin və təhsil haqqı da daha yüksəkdir. Azərbaycanlı tələbələr arasında tibb üzrə ən çox müraciət edilən universitetlər Türkiyə universitetləridir. Bu ölkələr arasında xüsusilə tibb sahəsində karyera qurmaq istəyənlər üçün daha aşağı qiymətə yüksək keyfiyyətli təhsil verən Türkiyədir. Bundan başqa, Türkiyə sizə Türkiyə universitetlərində təhsil almaq üçün təqaüdlər imkanları da verir.

Türkiyədəki tibb universitetləri təhsil keyfiyyəti və qabaqcıl texnologiyaya malik dünya səviyyəli laboratoriyaları ilə münasib qiymətə tibb proqramları təklif edir. Əgər siz Türkiyədə tibb təhsili almaq istəyirsinizsə, o zaman Türkiyənin tanınmış tibb fakültələrinin siyahısı budur!

Digər ölkələrlə müqayisədə Türkiyədə tibb universitetləri 10.000-25.000 ABŞ dolları arasında dəyişən minimal qiymətə təhsil verir.

1. Dokuz Eylül Universiteti

Əsas kampusu İzmirdə olan Dokuz Eylül Universiteti Tibb Fakültəsi güclü tibb təhsili təklif edən digər mühüm qurumdur. Müasir laboratoriyaları və xəstəxanaları ilə tələbələrə praktiki və klinik təcrübələr təqdim edir. Bundan əlavə, geniş ixtisas seçimləri təklif edən bir çox klinik filial var.

Təhsil haqqı

Tibb – 100.000 TL

Diş həkimliyi – 60.000 TL

Qəbul tələbləri

Bakalavr proqramlarına qəbul zamanı Attestat qiymətləriniz nəzərə alınır.

Magistr proqramlarına qəbul üçün isə bakalavr diplomu və dil sertifikatının olması yetərlidir.

Doktorantura proqramlarına qəbul zamanı magistr dərəcəsi, dil sertifikatı və tədqiqat işi tələb olunur.

2. Ankara Universiteti

Ankara Universiteti Tibb Fakültəsi Türkiyənin ən qədim tibb fakültələrindən biridir və uzun bir tarixə malikdir. Yaxşı təchiz olunmuş laboratoriyaları, tədqiqat mərkəzləri və klinikaları ilə diqqət çəkən bir qurumdur. Ankara Universiteti Tibb Fakültəsi tələbələrə geniş çeşiddə tibb təhsili və bir çox ixtisaslar üzrə təhsil imkanları təklif edir.

Təhsil haqları

Diş həkimliyi üzrə (ingiliscə): 195.600 TL

Diş həkimliyi (türkcə): 130.400 TL

Əczaçılıq (ingiliscə): 183.400 TL

Əczaçılıq (türkcə): 122.300 TL

Tibb (ingiliscə): 293.400 TL

Tibb (türkcə): 195.600 TL

Məzunların iş imkanları

Ankara Universiteti Tibb Fakültəsini bitirdikdən sonra bir çox iş imkanınız ola bilər. İş imkanları təcrübə sahənizdən, təcrübə səviyyənizdən, şəxsi üstünlüklərinizdən və karyera məqsədlərinizdən asılı olaraq dəyişə bilər. Ankara Universiteti Tibb Fakültəsi məzunlarının işləyə biləcəyi bəzi sahələr bunlardır:

Xəstəxanalar və Səhiyyə Müəssisələri:

Tibb proqramını bitirənlər ümumiyyətlə dövlət və ya özəl xəstəxanalarda, klinikalarda və sağlamlıq mərkəzlərində işləyə bilərlər. Həm ümumi sağlamlıq xidməti göstərən, həm də xüsusi ixtisaslar üzrə xidmət göstərən həkimlər üçün imkanlar mövcuddur.

Tibb fakültəsinin məzunları tez-tez öz ixtisas sahələrinə diqqət yetirə bilərlər. Onlar daxili xəstəliklər, cərrahiyyə, pediatriya, dermatologiya və nevrologiya kimi bir çox ixtisaslarda karyera qura bilərlər.

Universitetlərdə müəllim, dosent və ya professor kimi işləyə bilərsiniz. Bu, tələbələrə tədris etmək, tədqiqat aparmaq və akademik nəşrlər hazırlamaq imkanı verir.

Siz səhiyyə sektorunun idarə olunmasında iştirak edə bilərsiniz. Xəstəxananın idarə edilməsi, səhiyyə siyasətinin müəyyən edilməsi və səhiyyə xidmətlərinin təşkili kimi sahələrdə vəzifələr var.​

Təqaüd imkanları

Ankara Universitetinin ayrıca təqaüd proqramı yoxdur, lakin siz Türkiye Burslarına müraciət edə bilərsiniz. Burslar həm bakalavr, həm magistr, həm də doktorantura xərclərini qarşılayır.

Qəbul tələbləri

Bakalavr dərəcəsinə qəbul tələbləri:

Orta məktəb diplomu:

Beynəlxalq tələbələr orta təhsilini və ya onun ekvivalentini bitirmiş olmalıdırlar.

Dil biliyi:

Tədris dilində (adətən türk və ya ingilis) biliyə dair sübut tələb oluna bilər. Bu, TYS (türk dili) və ya TOEFL/IELTS (İngilis dili) kimi dil biliyi imtahanları vasitəsilə nümayiş etdirilə bilər.

Qəbul imtahanı (TR-YÖS):

Bəzi proqramlar, tədris dili türkcədirsə, beynəlxalq tələbələrin Türk Ali Təhsilinə Qəbul İmtahanı (TR-YÖS) vermələrini tələb edə bilər.

Magistraturaya Qəbul Tələbləri:

Bakalavr diplomu

Tədris dilində (adətən türk və ya ingilis) biliyə dair sübut tələb oluna bilər. Bu, ALES (Türkiyə) və ya TOEFL/IELTS (İngilis dili) kimi imtahanlarla nümayiş etdirilə bilər.

Transkriptlər

Bakalavr transkriptlərinin və tövsiyə məktublarının təqdim edilməsi tələb oluna bilər.

Qəbul imtahanı (ALES):

Bəzi proqramlar türk dilində tədris olunan proqramlar üçün Akademik Kadrlar və Lisansüstü Təhsilə Qəbul İmtahanı (ALES) tələb edə bilər.

Ph.D. Qəbul tələbləri:

Magistr diplomu

Tədris dilini (türk və ya ingilis) bilməsi adətən tələb olunur. Bu, ALES (Türkiyə) və ya TOEFL/IELTS (İngilis dili) kimi imtahanlarla qiymətləndirilə bilər.

Tədqiqat işi

Müsahibə

3. Hacettepe Universiteti

Ankarada yerləşən Hacettepe Universiteti Türkiyənin ən prestijli tibb fakültələrindən birinə malikdir. Tibb Fakültəsi beynəlxalq səviyyədə tanınmış professorlardan ibarət akademik heyətə malikdir və tibbin bir çox sahələrində ixtisas proqramları təklif edir. Bundan əlavə, Hacettepe Universiteti Xəstəxanası Türkiyənin ən böyük və müasir səhiyyə ocaqlarından biridir.

Təhsil haqqı

Faculty of Medicine185.690,00 TL
Faculty of Dentistry133.960,00 TL
Faculty of Pharmacy133.960,00 TL

Məzunların iş imkanları

Hansı ixtisası bitirməyinizdən asılı olmayaraq, “Hacettepe diplomu” sizi geniş karyera sahəsinə hazırlayır və Hacettepe Universiteti Karyera İnkişafı və Tətbiq Mərkəzi (KARMER) sizə növbəti ən yaxşı addımı tapmağa kömək edir. KARMER tələbələrinə, məzunlarına, akademik və inzibati heyətinə uğurlu karyera əldə etmək üçün dəstək verən, uğurlu tələbə və məzunların, işəgötürənlərin və məzunların bir araya gəlməsinə vasitəçilik edən və universitet daxilində karyera inkişafı xidmətləri göstərən bir bölmədir. KARMER-in əsas məqsədi Hacettepe Universitetinin tələbələrinə karyera planlamasına kömək etməkdir; liseydən universitetə, universitetdən iş həyatına iş həyatına uyğunlaşmalarına və məzun olduqdan sonra öz xüsusiyyətlərinə uyğun işlərə yerləşmələrinə, karyera məsləhətləri vasitəsilə kömək etmək və Hacettepe Universiteti məzunlarını milli/beynəlxalq səviyyədə işlə təmin etməkdir.

Təqaüd imkanları

Tələbə Məşğulluğu Proqramı Hacettepe Universitetində həyata keçirilir. Tələbələr digər dövlət qurumlarının, təşkilatlarının və qeyri-hökumət təşkilatlarının təqaüdlərindən də yararlana bilərlər. Bu məlumat hər tədris ilinin əvvəlində Tələbə İşləri Ofisi Təqaüd Koordinatoru tərəfindən elan edilir. Bundan əlavə, Türkiyə Burslarına müraciət edərək təqaüd imkanlarından yararlana bilərsiniz.

Qəbul tələbləri

Qəbul edilən imtahanlar
TestMinimum bal
a)    SAT IMinimum 1200 bal
b)    ACT (American College Testing) “Composite Score” üzrə minimum 25
c)    TQDK (Azerbaijan)600 \ 700
d)    TR-YÖS)400 \ 500

6. İstanbul Universiteti

İstanbul Universiteti Türkiyənin ən qədim və ən hörmətli universitetlərindən biridir. Tibb Fakültəsi uzun bir tarixə malikdir və geniş ixtisaslar təklif edir. İstanbul Universiteti tibb təhsili sahəsində güclü akademik keçmişi və klinik imkanları ilə tanınır.

Tibb üzrə təhsil haqqı: 150.000 TL\ illik

Diş həkimliyi üzrə təhsil haqqı: 100.000 TL \ illik

Məzunların iş imkanları

İstanbul Universiteti Tibb Fakültəsini bitirdikdən sonra bir çox iş imkanınız ola bilər. İş imkanları təcrübə sahənizdən, maraqlarınızdan, təcrübə səviyyənizdən və karyera məqsədlərinizdən asılı olaraq dəyişə bilər.

Tibb məzunları ümumiyyətlə dövlət və ya özəl xəstəxanalarda, klinikalarda və sağlamlıq mərkəzlərində işləyə bilərlər. Həm ümumi xəstəliklər, həm də xüsusi ixtisaslar üzrə ixtisaslaşmış həkimlər üçün imkanlar mövcuddur.

Tibb sahəsində tədqiqatlar aparmaq, yeni müalicə üsullarını inkişaf etdirmək imkanları var. Buna universitet tədqiqat mərkəzləri, səhiyyə müəssisələri və əczaçılıq şirkətləri daxilində nail olmaq olar. Tibb fakültəsinin məzunları təhsil və təlim sahəsində karyera qura bilərlər.

Təqaüd imkanları

  • Türkiye Bursları – Proqram 10 yanvar – 20 fevral tarixlərində elan olunur. Proqrama İstanbul Universiteti də daxildir. Müraciət edib təqaüd şansından yararlana bilərsiniz. Təqaüd, həm bakalavr, həm magistr, həm də doktorantura üzrə xərcləri qarşılayır.
  • Daxili təqaüdlər: Bu təqaüdlər tələbənin göstəricilərinə əsasən verilir və təhsil haqqının müəyyən qismini qarşılayır.

Qəbul tələbləri

İstanbul Universitetinə qəbul üçün azərbaycanlı tələbələr SAT və ya TR-YÖS imtahanlarından birini verməlidirlər. SAT üzrə maksimal 1600 baldan minimum 1440 bal, TR-YÖS imtahanından isə maksimal 500 baldan 441 bal tələb olunur.

Tibb universitetlərinə qəbul tələbləri

Türkiyə universitetlərinə qəbul olmaq üçün sizdən Attestat, YÖS və DİM balınız tələb oluna bilər. Bunlardan ən asanı isə təbiiki Attestatla qəbul olmaqdır. Sizin attestat qiymətləriniz isə 5 olmalıdır. Daha sonra siz TUS imtahanı verməli və ya universitetin təşkil etdiyi digər imtahanlardan keçməlisiniz. Əgər siz ingilis dilində təhsil almaq istəyirsinizsə İELTS və ya TOEFL imtahanı verməlisiniz.

Tibb universitetlərinin dünya üzrə reytinqi

UniversitetDünya üzrə reytinqiTürkiyə üzrə reytinqi
Hacettepe Universiteti1701
İstanbul Universiteti – Cerrahpaşa27523
Ankara Universiteti3114
Ege Universiteti4567
Marmara Universiteti49011
Koc Universiteti49914
Dokuz Eylul Universiteti5039
Gazi Universiteti5648
Acibadem Universiteti82912
Akdeniz Universiteti85930

Türkiyənin ən yaxşı tibb universitetlərinə qəbul şanslarını necə artırmaq olar?

İlk növbədə hər bir universitetin qəbul şərtini araşdırmaq lazımdır. Türkiyədə YÖS imtahanına edilən dəyişikliyə əsasən, artıq TR-YÖS imtahanı götürülməlidir. Tibb universitetlərinin bir qismi TR-YÖS, bir qismi isə SAT imtahanına əsasən tibb proqramlarına qəbul aparır. Tələbələr qəbul şərtlərini diqqətli araşdırmalıdır.

Bundan əlavə, imtahan nəticələri qəbula zəmanət vermir. Əlavə sertifikatların və ya olimpiada nəticələrinin olması üstünlükdür. Təhsil alacağınız proqramın tədris dilinə uyğun IELTS, TOEFL və YDS imtahanlarından birini götürməlisiniz.

Bəzi universitetlər daxili imtahan və müsahibə götürə bilər. İmtahanlar, əsasən, kimya, biologiya, fizika kimi fənlərdən olur. Tibb oxumaq istəyən abituriyentlər bu fənlərə xüsusi fikir verməlidirlər.


Türkiyədə təhsil barədə məlumat:



Türkiyədə Təhsil Üçün İmtahanlar
Türkiyədə Bakalavr Təhsili
Türkiyədə Magistr Təhsili
Türkiyədə Attestatla Təhsil
Türkiyədə Qiyabi Təhsil
Türkiyədə Təhsil İxtisasları
Türkiyə universitetlərinə Qəbul
Türkiyədə Bakalavr Universitetləri
Türkiyədə Magistr Universitetləri
Türkiyədə tibb təhsili üzrə ən yaxşı universitetlər
Türkiyədə təhsil proqramı seçərkən nələrə diqqət etməli

Xaricdə Təhsil ilə bağlı Ətraflı məlumat:

Azərbaycanlı tələbələrin xaricdə qarşılaşdığı mədəniyyət şokları
Xaricdə təqaüd qazanmağın 5 yolu!
Xaricdə təhsil zamanı qəbul prosesində hansı vacib məqamlara diqqət etməliyik?

Xaricdə tibb təhsili üzrə ən yaxşı universitetlər

Xaricdə Təhsil Qiymətləri
Xaricdə ölkə seçərkən nələrə diqqət etməli

Xaricdə Qiyabi Təhsil
Xaricdə Universitetlərə Qəbul
Xaricdə Təhsil İxtisasları

Xaricdə Attestatla Təhsil
Xaricdə Bakalavr Təhsili

Rəy Bildirin