Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79
Marmara Group > Blog > Xaricdə könüllülük fəaliyyət imkanları

Xaricdə könüllü olmaq hələ də dünyanın yeni yerlərini ziyarət etmək və tanımaq və həyatınız boyunca davam edən xatirələr qurmağın ən yaxşı yollarından biridir. Xaricdə könüllü olaraq dünyaya kömək əlini uzatmaq, turistlərin heç görmədiyi yerləri görmək və faydalı bir təcrübə qazanmağı bacarırsan. Xaricdə könüllülüyə öyrənmə düşüncəsi ilə yanaşırsınızsa, həyatı dəyişdirən bir təcrübə əldə etməlisiniz.

EVS Proqramı

European Voluntery Service (EVS) – “Avropa Könüllülük Xidməti” Avropa Komissiyası tərəfindən yaradılmış beynəlxalq könüllülük proqramıdır. Bu proqramda könüllünün viza, könüllü olduğu şəhərdə ev, nəqliyyat, yemək-içmək daxil bütün xərcləri qarşılanır. Proqramın müddəti 15 gündən bir ilə qədər dəyişir. Əksər proqramlar 6-12 aylıq olur. EVS-ə 18 yaşından 29 yaşına qədər hər kəs müraciət edə bilər.

EVS proqramları tapmaq üçün Azərbaycanda EVS-ə könüllü göndərən təşkilatlara yaza, onların Facebook səifələrini, qruplarını izləyə bilərsiniz. Çünki proqram olanda bu haqda elan yazırlar. İkinci yol isə EVS-in öz saytını izləməkdir. Bundan başqa “findevs.com” adlı sayt var, bu sayt çox tez-tez yenilənir və maraqlı proqramlar paylaşır.

AİESEC-gənclərə liderlik inkişafı, mədəniyyətlərarası stajlar və qlobal könüllü təcrübə mübadiləsi təmin edən gənclər tərəfindən idarə olunan, qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Təşkilatın başlıca məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik bacarıqlarını ortaya çıxarmaq və gücləndirməkdir. Yaş həddi 18-29 aralığındadır. Bəs AISEC-lə siz hansı proqramlarda iştirak edə bilərsiniz?

1. Qlobal könüllü (Global Volunteer) – Global Volunteer BMT-in Dayanıqlı İnkişaf Məqsədləri (SDG goals) üzərində qurulmuş sosial yönümlü könüllü təcrübə proqramıdır. Burada siz dünyanın müxtəlif ölkələrindən gəlmiş könüllülərdən ibarət bir komadayla Dayanıqlı İnkişaf Məqsədlərinin birinə əsaslanan layihə üzərində işləyirsiniz. Global Volunteer AIESEC-in digər məhsulları arasında tələbələr üçün daha əlverişli və əlçatandır.

Proqramları təşkilatın öz veb saytından aiesec.org tapa bilərsiniz. EVS proqramlarından fərqli olaraq burda siz özünüz müraciət edə bilirsiniz, hər-hansı təşkilata ehtiyac yoxdur. Lakin məsləhət almaq və ya proqramların tapılmasında kömək almaq istəyirsinizsə bu zaman siz saytdan qeydiyyatdan keçdikdə sizə menecer təyin olunacaq. Siz bütün suallarınızı onlara yönləndirə və kömək ala bilərsiniz. Müxtəlif sahələr üzrə proqramlar mövcuddur. Daha çoxu isə məktəbdə, bağçada və yaxud uşaq evlərində İngilis dili öyrətməklə bağlı olur. Lakin fərqli mövzularda layihələr də tapmaq olur. Proqramı seçdikdən sonra sizinlə müraciət etdiyiniz ölkədən bir menecer əlaqə saxlayır və müsahibə təyin olunur, müsahibə onlayn şəkildə həyata keçirilir. Bundan sonra əgər qəbul olmusunuzsa sizə bildirilir və əgər siz də qəbul edirsinizsə növbəti mərhələ başlayır. Qeyd edək ki, layihəyə qəbul aldıqdan sonra gedəcəyiniz təqdirdə ödəniş etməlisiniz. Ölkədən asılı olaraq 250-300 AZN məbləğində iştirak haqqı ödəyirsiniz. AIESEC sizi gedəcəyiniz ölkədə yataqxana (və ya bəzi hallarda host family) ilə təmin edir. Bəzi layihələrdə gündəlik olaraq səhər yeməyi və nahar qarşılanır. Bundan başqa yol və yaşayış xərclərini özünüz qarşılayırsız. Müddət 6-12 həftə arası dəyişir.

2. Global Entrepreneur – öz karyeralarını başlamaq və IT, Marketinq, Biznes İdarəedilməsi üzrə olan bacarıqlarını sahibkarlıq mühitində inkişaf etdirmək istəyən gənclər üçündür. Könüllü proqramında olduğu kimi burada da 350 AZN dəyərində iştirak haqqı ödəyirsiniz.

3. Global Talent- bu zaman siz 800-2000 AZN arası təqaüd əldə edirsiniz. Layihəyinin müddəti 3-12 ay arası dəyişir. Digərlərində olduğu kimi burada da iştirak haqqı var-400 AZN-dir.

AEGEE- Avropada ən böyük tələbə birliyi olan AEGEE Avropanın 43 ölkəsinin 243 şəhərindən 13 min tələbəni özündə birləşdirən, gəlir marağında olmayan gənclər təşkilatıdır.

AEGEE Bakı müxtəlif yerli və beynəlxalq tədbirlər, o cümlədən yay universitetləri, dil kursları həyata keçirir və onlarda aktiv iştirak edir. AEGEE təşkilatına üzv olmaqla siz də bu tədbirlərdə iştirak etmə şansı əldə edə bilərsiniz.

Erasmus+ – Çoxlarının da bildiyi kimi Erasmus proqramı vasitəsilə 2-ci və ya 3-cü kurs tələbələri təhsillərinin bir semestrini oxuduqları universitetin partnyor olduğu hər-hansı xarici ölkədə və universitetdə davam etdirə bilərlər. Bundan əlavə Erasmus+ bir çox layihələr təşkil edir. Bu layihələr uzun və ya qısamüddətli ola bilir. Belə layihələr universitetlə bağlı olmur. Erasmus layihələrinin tapılmasında, həm təşkilatın öz Facebook səhifəsi, həm də müxtəlif qruplar böyük rol oynayır. Bundan əlavə təşkilatın öz veb səhifəsini də izləmək məqsədəuyğundur.

Layihəyə qoşulmaq üçün heç bir ödəniş tələb olunmur. Uzunmüddətli layihələr 6-12 ay arası dəyişərkən, qısamüddətli layihələr 1 həftədən bir neçə həftəyə qədər olur. Erasmus+ layihələri ödənişsiz olur. Yol xərclərinizi özünüz qarşılasanız da bu məbləğ sizə sonradan geri qaytarılır. Yaşayış yeri, yemək xərcləri layihə tərəfindən qarşılanır. Erasmus layihələrinə də “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Gələcəyə Körpü Gənclər İctimai Birliyi, İrəli İctimai Birliyi kimi təşkilatların köməyilə müraciət edə və ya məlumat ala bilərsiniz. Digərlərində olduğu kimi burada da müraciət etdikdən sonra müsahibə mərhələsindən uğurla keçməlisiniz.



Rəy Bildirin