Bakı ş. Həsən Əliyev küç. 4 - Falez Plaza | 5-ci mərtəbə +994 55 208 86 79

Litvada Universitetlərə Qəbul

Litva universitetlərinə qəbul prosesi

Latviyada olduğu kimi Litvada da orta və ali təhsilə dövlət tərəfindən böyük qayğı göstərilir. Boloniya sisteminə qoşulduqdan sonra Avropada olduğu kimi orta təhsil müddəti 12 illik qəbul olundu. Buranın ali təhsil səviyyəsi tam Avropa standartlarına uyğundur. Dövlət universitetlərində təhsil litva dilində təcrid olunur və tamamilə pulsuzdur. Bundan əlavə dövlət və özəl ali məktəblər ödənişli  ingilis dilli proqramları da təklif edirlər.

Litva ali təhsil sistemi üç  mərhələyə bölünərək- Bakalavr (3-4 il),  Magistr( 1-2 il)  və  Doktorluq(3-4 il) üzrə təhsilin bütün sahələrində tətbiq olunur.

Litva universitetlərinə necə müraciət etməli?

Litvada universitetlərinə müraciət etmək üçün ilk növbədə universitetin rəsmi veb saytından daxil olmaq lazımdır. Əksər Litva universitetləri “dreamapply” sistemi üzərindən müraciətləri qəbul edir. Bu sistem çox sadədir, ilk növbədə hesab açıb, daha sonra tələb olunan sənədləri yüklədikdən sonra müraciət prosesini tamamlayırsınız.

Müvafiq universitet müraciətinizə baxdıqdan sonra tələblərə cavab verdiyiniz təqdirdə sizə onlayn intervyu göndərir. Müsahibə mərhələsini də uğurla keçdikdən sonra universitetdən sizə qəbul məktubu göndərilir.

Tələblər

Litvada universitetlərə qəbul tələbləri hər universitetin müəyyən etdiyi şərtlərə görə dəyişə bilər. Amma ümumilikdə ali məktəblərə qəbul üçün aşağıdakı tələblər tələb olunur:

  • Orta məktəb attestatı: Litvada universitetlərə daxil olmaq üçün orta məktəb attestatı tələb olunur. Beynəlxalq tələbələrin diplomu Litvanın diplomuna ekvivalent hesab edilməlidir. Litva universitetlərini digərlərindən fərqləndirən cəhət odur ki, DİM imtahan nəticəsi də tələb edirlər. Minimum qəbul şərtlərini yerinə yetirmək üçün 700 baldan minimum 200 bal yığmaq lazımdır.
  • Dil biliyi: Litvada tədris edən universitetlər ümumiyyətlə Litva dilində dərs deyirlər. Buna görə də, beynəlxalq tələbələrdən Litva dili biliyinə dair sübut təqdim etmələri tələb oluna bilər. Bununla belə, bir çox universitetlər ingilis və ya digər dillərdə də kurslar təklif edirlər.
  • Qəbul imtahanları: Bəzi universitetlər qəbul olunmaq üçün tələbələr üçün imtahan və ya müsahibə keçirirlər. Bu imtahanlar tələbələrin akademik nailiyyətlərini və bacarıqlarını ölçmək üçün istifadə olunur.
  • Müraciət prosesi: Universitetlərə müraciət prosesi adətən onlayn şəkildə aparılır. Müraciət zamanı tələbələrdən orta məktəb diplomu, dil biliyini təsdiq edən sənəd, qəbul imtahanının nəticələri, tövsiyə məktubları və şəxsi ifadələr kimi sənədlər tələb oluna bilər.
  • Digər tələblər: Bəzi universitetlər qəbul olunmazdan əvvəl tələbələrdən müəyyən yaşda olmaq və ya müəyyən akademik nailiyyətə malik olmaq kimi müəyyən tələblərə cavab vermələrini tələb edə bilər.

Tələb olunan sənədlər

  • ✓ Bakalavr təhsili üçün orta məktəbi bitirdiyiniz haqqında attestatın İngilis dilində tərcümə olunmuş kopyası
  • ✓ Magistr təhsili üçün bitirdiyiniz ixtisasın bakalavr diplomu ( rəsmi tərcümə edilmiş formada)
  • ✓ İngilis dilini akademik səviyyədə bildiyinizi təsdiq edən beynəlxalq sertifikatlar – TOEFL (minimum 60 TOEFL İBT-internet-based test), IELTS (minimum 5.5 dərəcə)
  • ✓ Ümumvətəndaşlıq passportunun kopyası
  • ✓ CV (Cirriculum Vitae)
  • ✓ Motivasiya məktubu (1200-1400 simvol həcmində)
  • ✓ Sənəd şəkli (3*4 sm ölçüdə)
  • ✓ Milli və beynəlxalq yarışlarda, layihələrdə iştirak etmisinizsə, qazandığınız sertifikatlar
  • ✓ Təhsil alacağınız müddətdə universitet ödənişi və yaşamaq üçün hesabınızda kifayət qədər vəsait olduğunu göstərən rəsmi bank sənədləri
  • ✓ Bəzi universitetlərdə gərəkli olan müraciət üçün ödəniş

Müraciət tarixləri

Litva universitetləri ildə 2 dəfə müraciətləri açıq elan edir. Payız və yaz semestri. Azərbaycanlı tələbələr daha çox payız semestri üçün müraciət edirlər. Müraciətlər qış aylarında (adətən yanvar və ya fevral) başlayır və may-iyun aylarına kimi davam edir.

Universitet seçərkən nəyə diqqət etməli?

Litvada universitet seçərkən aşağıdakı amillərə diqqət yetirmək vacibdir:

  • Proqramlar və İxtisas Sahələri: Maraqlanan sahəniz üzrə müxtəlif universitetlər tərəfindən təklif olunan bakalavr və ya magistr proqramlarını araşdırın. Proqramların məzmununu, kurs proqramı və ixtisas sahələrini qiymətləndirin. Sizə ən uyğun olanı seçmək üçün öz məqsədlərinizi və maraqlarınızı nəzərə alın.
  • Akademik Keyfiyyət və Reputasiya: Universitetin akademik keyfiyyəti, onun milli və beynəlxalq nüfuzu vacibdir. Universitetin akkreditasiya statusunu və reytinqlərini araşdırın. Akademik heyətin ixtisası, tədqiqat fəaliyyəti və tələbə nailiyyətləri kimi amilləri nəzərə alın.
  • Dil və Mədəniyyət Faktorları: Litvada bəzi universitetlər Litva dilində dərs deyir, digərləri isə ingilis və ya başqa xarici dildə təhsil təklif edir. Dil biliklərinizi və tədris dilini nəzərə alaraq seçiminizi edin. Universitetin mədəni mühiti və tələbə həyatı da sizin üçün önəmli ola bilər.
  • Təqaüdlər və Maliyyə Dəstəyi: Universitetlər tərəfindən təklif olunan təqaüd imkanları və maliyyə dəstəyi proqramlarını axtarın. Təqaüdlər təhsil xərclərinizi yüngülləşdirə və sizə iqtisadi üstünlük verə bilər.
  • Kampus və Tələbə Xidmətləri: Universitetin kampus imkanları, kitabxana, laboratoriyalar, idman qurğuları və tələbə xidmətləri kimi amilləri nəzərə alın. Tələbə dəstək mərkəzləri, karyera xidmətləri və beynəlxalq tələbə ofisləri kimi xidmətlərin mövcudluğu da vacib ola bilər.
  • Beynəlxalq imkanlar: Litva universitetlərinin beynəlxalq tələbələrə nə təklif edə biləcəyini yoxlayın. Məsələn, beynəlxalq mübadilə proqramları, təcrübə imkanları, mədəni tədbirlər və beynəlxalq tələbə cəmiyyətləri kimi imkanlar sizə qlobal təcrübələr təklif edə bilər.

Necə hazırlaşmalı?

İlk olaraq, maraqlandığınız sahəyə uyğun olan təhsil proqramını seçin. Seçdiyiniz proqramın tələb etdiyi əsas şərtləri, qəbul imtahanlarını və s. yoxlayın. Litva universitetləri əsasən ingilis dilində təhsil verir. Dil biliklərinizi inkişaf etdirmək üçün kurslara gedim və dil sertifikatları əld edin.

Müraciətinizin bir hissəsi olaraq motivasiya məktubu yazın. Bu məktubda niyə bu universiteti və proqramı seçdiyinizi izah edin. Mümkün olduğu halda, təhsil müəssisənizdən və ya iş yerinizdən tövsiyyə möktubunu alın.

Ən əsası isə universitetlərin son müraciət tarixlərini izləyin. Çünki hər bir universitetin son müraciət tarixi var və o aralıqda müraciət etmək lazımdır.

Müraciət prosesi necədir?

Litva universitetlərinə müraciətlər universitetlərin rəsmi veb saytı üzərindən, daha dəqiq desək – dreamapply portalından edilir. Bu portal vasitəsilə tələbə özünə hesab yaradıb, istədiyi universiteti seçərək lazım olan sənədləri yükləyə bilər. Lakin bu portal bütün universitetlərə şamil olunmur. Bəzi universitetlərə müraciət üçün rəsmi veb saytdan giriş edərək müraciəti tamamlamaq tələb olunur.

Müraciət prosesində nələrə diqqət etməli?

Litva universitetlərinə müraciət prosesi zamanı ilk növbədə universitetlərin müraciət şərtlərini diqqətli araşdırmaq lazımdır. Çünki qəbul şərtləri və müraciət tarixləri hər birində fərqlidir. Bundan əlavə, yataqxana və ev seçimlərini də vaxtında etmək lazımdır. Yerlər tez dolduğundan bu prosesi gecikdirmək olmaz. Bütün işləriniz bitdikdən sonra sadəcə viza prosesi qalır. Litva vizası 2-3 həftə ərzində verilir. Dərslərinizin başlamasına ən azı 1 ay qalmış viza üçün müraciət etməlisiniz. Gördüyünüz kimi, Litva universitetlərinə qəbul elə də çətin deyil, sadəcə bütün işlərinizi vaxtında görməlisiniz.

Qəbul şansını necə artırmalı?

  • Akademik nailiyyətlər: Universitetlərə qəbul üçün ən vacib meyarlardan biri tələbənin akademik uğurudur. Odur ki, orta məktəb illərində dərslərinizə diqqət yetirin, qiymətlərinizi artırın və xüsusilə seçdiyiniz bölməyə uyğun kurslarda uğur qazanın.
  • Tövsiyə məktubu: Müraciət etdiyiniz universitet, xüsusən də magistratura proqramları üçün arayış məktubu tələb edə bilər. Buna görə də, müəllimlərinizdən, alimlərinizdən və işəgötürənlərinizdən arayış məktubları istəyə bilərsiniz. Bu məktublar ərizənizin güclü tərəflərini vurğulayaraq universitetin diqqətini cəlb edə bilər.
  • Könüllülük təcrübəsi: Universitetlərə qəbulda tələbənin könüllü işi də nəzərə alınır. Buna görə də, məktəbdən kənarda müxtəlif sahələrdə könüllü işlər görərək təcrübənizi artıra bilərsiniz. Məsələn, xeyriyyə təşkilatlarında könüllü olaraq cəmiyyətə töhfə verə bilərsiniz.
  • Motivasiya məktubu: Universitetə ​​müraciət edərkən motivasiya məktubu hazırlamalı ola bilərsiniz. Motivasiya məktubunuzda özünüzü və maraqlandığınız ixtisası, niyə bu ixtisası seçdiyinizi və universitetin sizə hansı imkanlar təklif edə biləcəyini izah edə bilərsiniz. Motivasiya məktubunu orijinal və maraqlı şəkildə hazırlamağa diqqət edin.
  • Erkən müraciət: Bəzi universitetlər erkən müraciət dövrləri təşkil edir. Erkən müraciət müddətində müraciət edən tələbələrin, ümumiyyətlə, digər ərizəçilərə nisbətən qəbul olma şansları daha yüksəkdir. Buna görə də, mümkünsə erkən müraciət etməklə qəbul şansınızı artıra bilərsiniz.

Universitetlərin qəbul faizi

  1. Vilnius Gediminas Technical University – Qəbul faizi: 20%
  1. Vilnius University – Qəbul faizi: 20%
  1. Kaunas University of Technology – Qəbul faizi: 60%
  1. Lithuanian University of Health Sciences – Qəbul faizi: 58%
  1. Mykolas Romeris Universiteti – Qəbul faizi: 60%
  1. Klaipeda University – Qəbul faizi: 67%
  1. Lithuanian Sports University – Qəbul faizi: 60%

Qəbul üçün nə etməli?

Litva universitetlərinə qəbul üçün Marmara Group şirkətinə müraciət edə bilərsiniz. Marmara Group əməkdaşları düzgün universitet seçimi, sənədləşmə prosesi, yataqxana və ya evin tapılmasında, ehtiyac olarsa viza sənədləşməsinə sizə dəstək olacaqdır. Bütün bu proseslər müəyyən vax aldığından vaxtında müraciət etməyiniz tövsiyə olunur.

Litvada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

    UNİVERSİTET SEÇİMİ

    ÖLKƏ SEÇİMİ

    UNİVERSİTETƏ MÜRACİƏT

    TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

    XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

    XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

    Arzuladığın Universiteti, Proqramı Tap

    Litvada Təhsillə Əlaqəli Xəbərlər